Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Çalış ki, narkotikə hədəf olmayasan

18.12.2023

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Sözügedən Dövlət Proqramının icrasının təmin edilməsi məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin və Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Çalış ki, narkotikə hədəf olmayasan" adlı tədbir təşkil edilmişdir.

Tədbirdə muzey əməkdaşları mövzu barəsində çıxış edərək bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.