14.12.2023
Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxana filialı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 -2024-cü illər üçün Dövlət Proqramı” ilə əlaqədar olaraq 15.12.2023- cü il tarixdə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Narkomaniya bəşəriyyətin faciəsidir ” başlıqlı tədbir təşkil edib.Kitabxana filialının müdiri Röyalə Bağırova iştirakçılara məlumat verərək bildirib ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Daha sonra “Narkomaniya bəşəriyyətin faciəsidir” başlıqlı sərgiyə baxış keçirilib.