Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam gələcək uğrunda

14.12.2023

14.12.2023- cü il tarixində Şəmkir rayon Tarix - Diyarşünaslıq muzeyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli sərəncamı ilə "Narkotik vasitələrin, psixotor maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024 cü illər üçün Dövlət proqramı” ilə əlaqədar olaraq ”Sağlam gələcək uğrunda” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə Qalib Mirzəmmədov adına Sərxan tam orta məktəbinin VIII - IX sinif şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru C.M.Pirverdiyev yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasına qarşı dövlətimizin apardığı mübarizədən danışmışdır.Tədbirdə çıxış edən həmin məktəbin psixoloqu Kərimli Aydın və Uşaq Birliyi təşkilatının rəhbəri Hicran Novruzova çıxış edərək yeniyetmə və gənclər arasında narkomaniyanın törətdiyi bəlalardan danışmışlar. Qeyd etmişlər ki, bunun üçün belə maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var. Daha sonra tədbir iştirakçıları muzey ekspozisiyası ilə tanış olmuşlar.