14.12.2023
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Sözügedən Dövlət Proqramının icrasının təmin edilməsi məqsədi ilə 14 dekabr 2023-cü il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Mərkəzinin, MKS-nin,Tarix-Diyarşünaslıq muzeyinin və Aşıq Əsəd Rzayev adına uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə hər kəsin borcudur" adlı tədbir təşkil edilmişdir.
Tədbirdə Tovuz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə əməliyyat qrupunun əməkdaşı İntiqam Allahverdiyev ölkəmizdə narkomanlığa qarşı qətiyyətli mübarizə tədbirlərindən geniş söhbət açmışdır.
Daha sonra tədbir iştirakçıları mövzu barəsində çıxış edərək bildirdilər ki, Azərbaycanın müstəqilliyinın bərpasından sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial sahələrdə aparılan islahatlar və vüsət alan inkişaf narkomanlığa qarşı mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizənin aparılmasını da zəruri edib. Bununla əlaqədar dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların və cəmiyyət üzvlərinin bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir deyə söyləyiblər.