08.12.2023
8 dekabr 2023 - cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin və Ağstafa Gənclər evinin birgə təşkilatçılığı ilə Diksiya üzrə master-klass təlimi keçirildi. Ağstafa rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, aparıcı, diksiya mütəxəssisi Oruc Mansırovun iştirakı ilə keçirilən təlimdə gənc könüllülər və tələbələr iştirak edib. Diksiya kursunun keçirilməsində əsas məqsəd doğru nitq üçün düzgün nəfəsalma qaydalarının, səs tellərinin dolğunlaşmasının, ağız tənbəlliyinin aradan qaldırılması və doğru intonasiya yollarının, o cümlədən söz bazasını artırması, nitqi təmizləmək, auditoriya qarşısında çıxış, bədən dilinin, səlis və axıcı nitq mövzularının öyrədilməsi idi. Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.