Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti

08.12.2023

Dekabrın 8-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa rayon MKS-in, Ağstafa rayon Dövlət Rəsm Qalareyasının, Ağstafa rayon Mədəniyyət Mərkəzinin, H. Arif ev muzeyinin, Ağstafa rayon Tarix Diyarşünaslıq muzeyinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

   

İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Sonra mərkəzin ekspozisiya zalında sərgilənən Ulu Öndərin zəngin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. 

   

Tədbiri giriş nitqi ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.

 

Sonra çıxış edən Ağstafa rayon Dövlət Rəsm Qalareyasının direktoru Gülgün Kərimov, Ağstafa rayon MKS-in direktoru Solmaz Nağıyeva, Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova, Ağstafa rayon MİHİ sədri Zahid Sultanov Ulu Öndərin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Qeyd olunub ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb.