08.12.2023
Dekabrın 8-də Tovuz rayon Abulbəyli kənd folklor evində"Gənclərin asudə vaxtının səmərəli təşkili" məqsədilə tədbir keçirilib. Maraqlı repertuar proqramı ilə həyata keçirilən"Vətənimiz Azərbaycandır!" adlı tədbirin əsas təşkilatçıları Tovuz rayon Heydər Əliyev Mərkəzi, Tovuz rayon Aşıq Ə.Cəfərov adına M.Mərkəzi və bir çox filial əməkdaşlarının yaxından iştirakı ilə,eyi zamanda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Tamaşaçıları əsasən gənclərdən ibarət olan tədbir gənclərə olduqca yüksək əhval- ruhiyyə bəxş edib.