17.10.2018
17 0ktyabr 2018 – ci il tarixdə saat 13:30 – da Uşaq şöbəsi açıq havada 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz daimidir , əbədidir , sarsılmazdır”adlı ədəbi kompozisiya kecirib. Tədbirdə Qazax Dövlət Rəsm Qalereyasinin işçiləri , şəhər məktəblilərindən bir qrup və kitabxana işçiləri iştirak edib. Tədbirin əvvəlində şagirdlərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Uşaq şöbəsinin əməkdaşı Aytəkin Quluyeva Azərbaycanın Dövlət Müstəqilliyinin yaranması haqqında məlumat verib: XX yüzilliyin sonlarında SSRİ – nin süquta uğraması ilə yaranan əlverişli şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. 1991- ci il oktyabrın 18 – dən Azərbaycan müstəqil , suveren bir ölkədir... Şəhər məktəblilərindən Nəsibova Dərya , Şəhniyarova Gülay , Yolçuyev Bayram, Məmmədova Aysu , Rüstəmova Aytac , Məmmədova Elvira , Nəsiov Elcan, Əhmədzadə İbrahim , Babayeva Xədicə vətənə aid bir birindən rəngarəng şeirlər söyləyb, mahnılar oxuyublar. Sonda tədbir iştirakciları “18 oktyabr Azərbaycanin Dövlət Müstəqilliyi Günü ”adli sərgi ilə tanış olublar.