Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ədalətin və zəfərin təcəssümünü

01.12.2023

1 dekabr 2023-cü ildə Qazax rayon M. P. Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 1 dekabr Laçın şəhəri günü münasibətilə "Ədalətin və zəfərin təcəssümünü'' adlı dəyirmi masa keçirilib.

Tədbirdə Muzeyin fond mühafizi Ülviyyə Məşədiyeva qürur hissi ilə qeyd edib ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytardıq.

Sonra Muzeyin gənc əməkdaşı Esmira Qəribova qeyd edib ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncamına əsasən, hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.