04.12.2023
Dekabrın 4-də Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxana filialı Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Nəriman Nərimanov adına şəhər tam orta məktəbində “Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” adlı informasiya saatı keçirib. Kitabxana filialının əməkdaşı məktəblilərə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının demokratik, milli və bəşəri dəyərlərə sadiq müstəqil dövlət kimi təşəkkülü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra təhsil sahəsində ardıcıl, davamlı dövlət siyasəti müəyyən edildi. Onun qəbul etdiyi qərarlara, imzaladığı fərman və sərəncamlara uyğun olaraq təhsil sahəsində düşünülmüş, Avropa təhsil məkanına inteqrasiyanı və ölkənin iqtisadi inkişafını təmin edə biləcək mütəxəssis hazırlığı ilə bağlı köklü islahatlara başlanıldı.