02.12.2023
Dekabrın 2-də Tovuz rayon Mərkəzi kitabxananın əməkdaşları Beynəlxalq Əlillər Günü ilə əlaqədar "Əlillərə qayğı mənəvi borcumuzdur" mövzusunda birinci qrup əlil Həsənov Mətləb Vilayət oğlu ilə görüş təşkil ediblər.
Tədbirdə çıxış edənlər fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, dövlət tərəfindən onlara göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs ediblər.
Sonda çıxış edən Mətləb Həsənov bu qəbildən olan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib