16.05.2023
Mayın 16-da Tovuz rayon Mərkəzi kitabxanası A.Qasımov adına Tovuz şəhər tam orta məktəbdə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı" ilə bağlı "Sağlam gələcək naminə sağlam uşaqlar böyüdək!" mövzusunda uşaqlarla görüş keçirib.
Tədbirdə çıxış edən kitabxana əməkdaşları uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili əsas amillərdən biri olduğunu qeyd ediblər.