Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir keçirildi

22.11.2023

22 noyabr 2023-cü il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2018-2026-cı illər üçün "Milli Fəaliyyət Planı" nın icrası üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı və iştirakı ilə "Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətidir" mövzusunda tədbir təşkil edilib. 

Tədbirdə çıxış edənlər bildiriblər ki, Respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Şübhəsiz ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər deyə bildirdilər.