24.11.2023
24 noyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi Kitabxana 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Qadına qarşı zorakılığa “Dur” deyək” adlı dəyirmi masa keçirib.Tədbirdə MİHİ-nin Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və kitabxana əməkdaşları iştirak edib. Mövzuya həsr olunmuş video-çarx nümayiş olunub. MKS-nin direktoru Fəridə Xudiyeva Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün tarixi, mahiyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan milli - mənəvi dəyərlərinə yüksək qiymət verən, tarixi köklərinə, adət-ənənələrinə dərindən bağlı ölkə olaraq dünyaya örnək və nümunədir. Respublikamızda dövlət qadın siyasəti Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə həyata keçirilir.
İ.Qurbanov,MİHİ Qazax rayon komitəsinin “Gender bərabərliyi və qadın problemləri üzrə” komissiyanın sədri Sədaqət Qasımova, şöbə müdiri Bəsti Məmmədova və başqaları ölkəmizdə insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində dövlətimizin və Həmkarlar təşkilatlarının sistemli siyasət həyata keçirdiyini, cəmiyyətdə, ictimai həyatda qadının rolu, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən ətraflı söhbət açıb,öz müdrikliyi, zəkası, qəhrəmanlığı, sədaqəti, vəfası, analıq keyfiyyəti ilə dünyaya örnək olan Azərbaycan qadınlarının dövlətin hər bir qrumunda ləyaqətlə çalışdığını qeyd edərək, qadının məişətdə qarşılaşdığı zorakılığı qətiyyətlə pisləyiblər.