21.11.2023
21 noyabr 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2018-2026-cı illər üçün "Milli Fəaliyyət Planı" nın icrası üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı və iştirakı ilə "Korrupsiyaya son !" adlı tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq korrupsiya hüquqpozmalarından, bu cür əməllərə görə tətbiq edilən məsuliyyət tədbirlərindən danışıb. Tədbirdə çıxış edən Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəblərinin tədris işləri üzrə direktor müavinləri Xoşqədəm Əliyeva, Rövşanə Lətifova, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, MKS-nin direktoru Fəridə Xudiyeva, Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V. Vidadinin xatirə muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən, onun ictimai və iqtisadi həyata mənfi təsirlərindən, korrupsiyaya yol açan amillərdən, şəffaflığın artırılmasından danışıblar.