Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımızı tanıyaq

13.11.2023

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin 2023-cü il üçün İllik Tədbirlər Planına uyğun olaraq noyabrın 6-da Ağstafa rayon S. Şükürova adına 3 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinə Mərkəzin elmi işçisi Səbinə İsgəndərli tərəfindən "Uşaq hüquqları aylığı" çərçivəsində "Hüquqlarımızı tanıyaq" adlı müharizə oxunub.

Mühazirədə uşaqların hüquqları, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və bu siyasətin hazırda Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev və Ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Bu gün ölkəmizdə Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər davam edəcəyinə və Azərbaycan körpələrinin taleyində mühüm rol oynayacağı bildirilib. Sonda mövzu ətrafında şagirdlərlə müzakirə aparılmışdır.