15.11.2023
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Fərman Salmanov adına şəhər tam orta məktəbində 15.11.2023-cü il tarixində “Tarix yazan imza ” başlığı altında tədbir təşkil edib.Kitabxananın əməkdaşı məktəblilərə məlumat verərək bildirib ki, dahi Heydər Əliyev uca Tanrının XX əsrdə xalqımıza bəxş etdiyi ən böyük tarixi şəxsiyyətdir. Ulu öndərin hələ Sovet dönəmində Azərbaycanın suverenliyi və müstəqilliyi naminə olan misilsiz xidmətləri xalqımızın qəlbində silinməz, dərin izlər buraxmışdır.Mövzu ilə bağlı videoçarx izlənilib.