17.10.2018
17.10.2018-ci il tarixdə Qazax Tarix Diyarşünaslıq Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının "Dövlət Müstəqillik günü" münasibətilə tədbir keçirildi. Tədbirdə muzey işçiləri və 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru G.Alişanova Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan deye vurğuladı. Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Daha sonra məktəb şagirdləri muzeyə baxış keçirdilər.