Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qoynunda hər kəsə yer verən ana yurdum

16.11.2023

Noyabrın 16- da Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, filiallarının və Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşkarı ilə birlikdə Beynəlxalq Tolerantlıq günü ilə bağlı "Qoynunda hər kəsə yer verən ana yurdum" adlı konfrans təşkil olunub. Konfransda çıxış edənlər qeyd ediblər ki, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələr mövcuddur. Hətta Ulu Öndər Heydər Əliyev də Beynəlxalq simpoziumda demişdir. "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz Azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik və heç bir xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik".