Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi Milli Dirçəliş gününə həsr olunmuş konfrans keçirib

17.11.2023

Noyabrın 17-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi Milli Dirçəliş gününə həsr olunmuş konfrans keçirib. Məktəbin direktoru Xəyal Nağıyev çıxış edərək qeyd edib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mintiqi başladı. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinq dağıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Bildirilib ki, 1992-ci il noyabrın 17-i tarixindən Milli Dirçəliş günü dövlət səviyyəsində qeyd olunur.