Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadlıq üçün ayağa qalxan xalq

17.11.2023

Noyabrın 17-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 17 noyabr- Milli Dirçəliş günü ilə bağlı "Azadlıq üçün ayağa qalxan xalq" adlı tədbir təşkil olunub. Tədbirdə ilk öncə çıxış edən məktəbin direktoru Vəfa Kərimova qeyd edib ki, 1988- ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı. Ermənilər Azərbaycanlıları təkcə öz ev- eşiklərindən qovmadılar həm də onları cismən öldürür, diri- diri yandırırdılar.Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya yerli hakimiyyət başçılarına inanırdılar.Ancaq xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Amma Azərbaycan xalqı bir yumruq kimi düyünləndi və əsl xalq hərəkatını, milli azadlıq hərəkatını başlatdı. 1992- ci il 17 Noyabr Milli Dirçəliş günü kimi tarixə düşdü.