18.11.2023
18 noyabr 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirildi. Azyaşlı uşaqların və valideynlərin iştirakı ilə keçirilən tədbirdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı geniş məlumat verildi, bu sahədə onların maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs olundu. Mövzu ilə bağlı təbliğat işlərinin vacibliyi vurğulandı. Daha sonra Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr edilmiş animasiya filmi təqdim edildi. Qeyd edək ki, "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi tərəfindən istehsal edilən animasiya filmi uşaqların və yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsinə xidmət edir.