15.11.2023
15 noyabr 2023-cü il tarixində Ağstafa Hüseyn Arif Ev Muzeyində Ağstafa rayon Eynallı kənd tam orta məktəb şagirdlərinin iştirakı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib. Tədbirdə “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici söhbətlər aparılıb, həmçinin uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.