14.11.2023
14 noyabr 2023-cü il tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində "Uşaq hüquqları" aylığı çərçivəsində "Uşaqlar bizim gələcəyimizdir" başlığı altında tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Məhəmməd Hüseynov çıxış edərək bildirdi ki,cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir."Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı,cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır.Gələcəyimiz olan uşaqlar fiziki və mənəvi cəhətdən sağlam,cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir."