08.11.2023
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə Gədəbəy rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bayram münasibətilə sakinlərimizi səmimi qəlbdən təbrik etmiş, əzmli və iradəli xalqımıza yaraşan qələbələrin daim və davamlı olmasını arzulamışdır.
Tədbir rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi təntənəli konsert proqramı ilə yekunlaşıb.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!