11.11.2023
11 noyabr 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyində 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə "Müstəqil dövlətin yeni Konstitusiyası" adlı tədbir keçirilib.
Tədbirdə Qazax şəhər İ. Qayıbov adına 3 nömrəli tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin bələdçisi Arzu Alıyeva çıxış edərək bildirib ki,
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”