04.11.2023
4 noyabr 2023-cü il tarixində Qazax Dövlət Rəsm Qalereyasında Qazax Gənclər evi sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şanlı Zəfərimiz" adlı rəsm müsabiqəsi təşkil edilmişdir .
Yekun nəticələrə əsasən, Ruhin Xasməmmədov I yeri tutaraq müsabiqənin qalibi adına layiq görülüb. Anar Bənnayev,Aida Nəsibli II Məmmədli Gülər , Mədinə Qasımlı III pillənin sahibi olublar. Müsabiqənin qalibləri diplomla və digər iştirakçılar isəertifikatla təltif olunublar.