Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər günlərimin şahidi Bayraq

03.11.2023

3 noyabr 2023-cü il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbi Qələbəmizin üçüncü ildönümünə və Bayraq Gününə "Zəfər günlərimin şahidi Bayraq" adlı ədəbi-bədii tədbir təqdim edib. 

Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin bədii hissəsində musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət vətənə, bayrağa həsr olunmuş musiqi nömrələri və şeirlər səsləndirilib.