Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

29.07.2023

İyulun 29-da Tovuz rayon Mərkəzi kitabxanası və Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 30 iyul İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar "İnsan alverinin qurbanı olma" mövzusunda məlumat saatı təşkil olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005-ci il tarixdə "İnsan alverinə qarşı mübarizə haqqında"Qanun qəbul olunmuşdur. İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Bu alverin qurbanlarına çevrilənlər ilk öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xəttinə, bundan başqa səfirlik və konsulluqlara, Qeyri-Hökumət Təşkilatlarına, Beynəlxalq təşkilatlara, Dini qurumlara, Tibb müəssisələrinə də vaxtında xəbər verə bilərlər.