11.08.2023
11 avqust 2023-cü ildə M.P.Vaqif və M.V. Vidadinin Xatirə Muzeyinin və Qazax Tarix -Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 12 avqust "Beynəlxalq Gənclər Günü" münasibətilə "Gənclər gələcəyimizin qurucularıdır" adlı tədbir keçirilib.
Tədbirdə M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin
direktoru Məhruzə Hüseynova qeyd edib ki,
1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.
Sonra muzey əməkdaşları
öz çıxışlarında qeyd etmişlər ki, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətləri vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu Öndərimiz Heydər Əliyevə borcludur.