11.08.2023
11 avqust 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana 12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan Dövlətinin Gənclər siyasəti” adlı görüş keçirib. Bir qrup tələbə və fəal oxucuların iştirak etdiyi tədbirdə kitabxana əməkdaşları 1999-cu ildən qeyd olunan Beynəlxalq Gənclər Gününün tarixi haqqında ətraflı məlumat veriblər. Eyni zamanda qeyd ediblər ki, Ulu Öndər, əməlləri Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyev ölkəmizin uğurlu gələcəyinin inkişafında gənclərin rolunu yüksək qiymətləndirərək uzaqgörən siyasəti ilə beynəlxalq ictimaiyyəti qabaqlayaraq, hələ 1997-ci ildə 2 fevral- Azərbaycanda Gənclər Gününün təsis edilməsi haqqında Fərman imzalayıb. Ulu Öndərin gənclər siyasəti bu gün Ölkə Prezidenti İlham Əliyevin uğurlu rəhbərliyi ilə davam etdirilir, gənclər qarşısında duran yeni hədəf və vəzifələrə nail olurlar, həm ölkə, həm də beynəlxalq aləmdə Azərbaycan Bayrağını ucaldırlar.
Kitaba, təhsilə, eləcə də musiqiyə sonsuz məhəbbəti olan tədbir iştirakçıları bir zaman kəsiyində maraq dairələrinə, dünya görüşlərinə uyğun mütaliə etdikləri kitablardan sual-cavabla, musiqi ilə əyləniblər, yeni nəşrlərlə tanış olublar.
Davam olaraq Qazax rayon Gənclər evi sosial- xidmət müəssisəsinin Beynəlxalq Gənclər Gününə həsr etdiyi ümumrayon tədbirində sərgi ilə iştirak edilib.