12.08.2023
Avqustun 12-də Tovuz rayon Mərkəzi kitabxanası Beynəlxalq Gənclər gününə həsr olunmuş "Gənclikdir vətənimin yanan çırağı" mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edənlər gənclərin cəmiyyətdəki rolundan, 44 günlük Vətən müharibəsində düşmən üzərindəki tarixi qələbəmizdə gənclərin şücaətindən bəhs edib və bildiriblər ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin keçirdiyi bütün tədbirlərə dəstək verir və bu tədbirlərdə yaxından iştirak edirlər. Tədbirdə iştirak edən gənclər dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.