Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xoş müjdəli Zəngilanım

20.10.2023

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 20 Oktyabr- Zəngilan Şəhəri Günü münasibətilə 20.10.2023 - cü il tarixində “ Xoş müjdəli Zəngilanım" başlığı altında tədbir keçirib.Kitabxananın əməkdaşı Zərifə Niyazova çıxış edərək bildirib ki, bu gün ilk dəfə Azərbaycanda Zəngilan Şəhəri Günü qeyd olunur. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanda “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.Sonra mövzu ilə bağlı tərtib olunmuş sərgiyə baxış keçirilib.