20.10.2023
20 oktyabr 2023-cü il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Söyünov Zamiq Gədəbəy Peşə liseyində 20 oktyabr Zəngilan Şəhəri Günü ilə əlaqədar "Zəngilanın azadlığının 3-cü ili" adlı maarifləndirici məruzə ilə çıxış edib.
Məruzədə Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadət sayəsində 44 günlük Vətən müharibəsi dövründə tarixi Azərbaycan torpağı olan Zəngilan rayonunun işğaldan azad edilməsindən danışılıb.