Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi zəfər - Zəngilan bizimdir

20.10.2023

20 oktyabr 2023-cü il tarixində Ağstafa rayon MKS, Tarix-Diyarşünaslıq Muzeyi və 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə Zəngilan rayonun işğaldan azad olunması münasibətilə “Tarixi zəfər - Zəngilan bizimdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, bu gün Zəngilanın işğaldan azad olunmasından 3 il ötür. Həmin gün xüsusilə, zəngilanlıların sevincinin həddi-hüdudu yox idi. 28 ildən sonra onlar öz doğma yurdlarına qovuşurdular. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının şərəf və qürurunu, ləyaqət və vicdanını gələcək nəsillər üçün bir gündür Zəngilanın erməni faşizmindən azad edilməsi bütövlükdə Azərbaycanın şanlı Zəfər tarixinin silinməz salnaməsidir.