23.10.2023
Şəmkir rayon Mərkəzi Kitabxanasında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Həziyev Hafiz Varoğlunun, Rəsulov Nərman Fəzaim oğlunun və Quluzadə Elmin Şəmsi oğlunun doğum günləri ilə əlaqədar “Sizinlə qürur duyuruq” başlığı altında 23 oktyabr 2023 - cü il tarixində tədbir keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Kitabxananın əməkdaşı Günay Nəbiyeva şəhidlərin keçdikləri şərəfli həyat yolundan danışıb.Mövzu ilə bağlı tərtib olunmuş sərgiyə baxış keçirilib