Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Abdullayev Nihad Adil oğlunun ailəsi ziyarət olundu

24.08.2023

23 avqust 2023-cü il tarixdə Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, 1 sayli Folklor klubu, Hüseyn Arif ev Muzeyi Əməkdaşları birlikdə 2-ci Qarabağ müharibəsində həlak olmuş şəhid Abdullayev Nihad Adil oğlunun ailəsini ziyarət etdilər.Abdullayev Nihad Adil oğlu 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb

Əsgər Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.