25.08.2023
25 avqust 2023- cü il tarixində Tovuzda “7-dən 77-yə” istedadlılar öz bacarıqlarını təqdim etdilər. QHT - na Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə istedadlıları tanıyaq və tanıdaq İB-nin Regionlarda “7-dən 77- yə" adlı layihəsi ilk olaraq Tovuzda reallaşdırdı. Tədbirdə Qazax -Tovuz Regional Mədəniyyət İdarəsinin, Tovuz rayon İcra Hakimiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər. Tovuz rayon Tarix -Diyarşünaslıq muzeyində keçirilən müsabiqədə Qazax, Ağstafa, Tovuz rayonlarından 7 yaşdan 77 yaşadək müxtəlif nominasiyalar üzrə əl işləri , rəsmlərdən ibarət sərgilər təqdim olundu və aşıq sənəti, nəfəs alətləri, bədii qiraət, musiqi ifaçılığı üzrə çıxışlar dinlənildi. Qaliblər nəticələr elan olunduqdan sonra qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.