Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax elinin Şəhidləri: Unutmadıq, Unutmarıq!

14.09.2023

14 sentyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana “Qazax elinin Şəhidləri: Unutmadıq, Unutmarıq!” adlı videoçarx nümayiş etdirib. İlk öncə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan tarixinə şanlı qəhrəmanlıq salnaməsi kimi həkk olunan 44 günlük Vətən müharibəsi zamanı qəlbi Vətən sevgisi ilə döyünən, müqəddəs amal uğrunda rəşadətlə döyüşən, ölümləri ilə ölümsüzlüyə qovuşan Şəhidlərdən Bayramov Elmar İsa oğlunun, Kərimov Emil İlqar oğlunun, Həmşəyev Qismət Oruc oğlunun, Pənahov Elməddin Məqsəd oğlunun, Veyisli Xaliddin Zərgər oğlunun, Həsənov Babək Saleh oğlunun, Məmmədov Tural Elxan oğlunun qısa və şərəfli ömür yolları haqqında məlumatlar izlənilib.

44 günlük Vətən müharibəsi Şəhidi I Şıxlı kənd sakini Həsənov Babək Saleh oğlunun doğum günü ilə əlaqədar ailəsinə baş çəkilib, Şəhidin Xatirə otağında ömür yolunu əks etdirən materiallarla bir daha yaxından tanış olunub. Anası - əvvəllər kitabxana əməkdaşı olan Gülarə xanıma və həyat yoldaşına təsəlli olaraq bildirilib ki, döğma Azərbaycan naminə əziz canlıarından keçən Şəhidlərin ölməz ruhu illər-qərinələr, əsrlər boyu yaşayacaq və unudulmayacaq.