Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Aşıq Ədalət Nəsibovun vəfatının ildönümü ilə əlaqədar tədbir keçirildi

14.09.2023

14 sentyabr 2023-cü il tarixdə Qazax rayon Xeyriyyə Cəmiyyətinin, Qazax -Tovuz Regional Mədəniyyət İdarəsinin və Qazax rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi aşıq Ədalət Nəsibovun vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə AYB-nin Qazax Zona filialının sədri Barat Vüsal və Aşıq Ədalətin tələbəsi, Çaylı kənd folklor evinin müdiri aşıq Məhəmmədəli Məşədiyev və başqaları aşığın həyat və yaradıcılığından, onun aşıq havalarını yüksək sənətkarlıqla ifa etməsindən danışıblar. 

Tədbirin sonunda aşıq Camoy Qurbanov, aşıq Samir Cəlaloğlu aşığın məzarı üstündə saz havaları ifa ediblər.