15.09.2023
Sentyabrın 15-də Tovuz rayon Mərkəzi kitabxanasının əməkdaşları Bilik Günü ilə əlaqədar N. Tusi adına Tovuz şəhər tam orta məktəbində "Kitab yaxın dostumuzdur" mövzusunda məlumat saatı təşkil ediblər.
Əməkdaşlar əvvəlcə şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Daha sonra mütaliənin insanın kamilləşməsində, gənc nəslin tərbiyəsində əhəmiyyətli rolu barədə ətraflı məlumat verib və məktəb-kitabxana əlaqələrinin daha da gücləndirilməsi istiqamətində öz tövsiyələrini veriblər.