15.09.2023
Sentyabrın 15-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 15 sentyabr - Bilik günü ilə bağlı tədbir təşkil olunub. İlk öncə məktəbin direktoru Vəfa Kərimova yeni dərs ilinin başlanması günü münasibəti ilə məktəbin pedoqoji kollektivini və şagirdləri təbrik edib. Daha sonra bildirib ki, tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi , biliyi həmişə yüksək qiymətləndirib, öz övladlarının savadlanması üçün əllərindən gələni ediblər.