Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix yazan Fateh İlham Əliyev: Biz birlikdə güclüyük

16.10.2023

16 oktyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında “Tarix yazan Fateh İlham Əliyev: Biz birlikdə güclüyük” adlı məruzə keçirib, sərgi nümayiş etdirib. Tədbirdə bir qrup tələbə və kitabxana əməkdaşları iştirak edib. Xidmət şöbəsinin müdiri ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, xalqımızı və ordumuzu bir yumruq kimi birləşdirmək bacarıqlı, geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Azərbaycan dövlətində uğurlu rəhbərliyi ilə “Tarix yazan Fateh” adı qazanan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Ölkə Prezidentinin qətiyyətlə bəyan etdiyi “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz Zəfər çalırıq”, “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir” deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi və 23 ssat 43 dəqiqə davam edən antiterror əməliyyatı zamanı uzun illər bükülü qalan qamətimizi düzəldən, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırıb, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradıb. Artıq Ali Baş Komandanımız üçrəngli Bayrağımızı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində ucaldıb. Bu gün xalqımız öz qalibiyyət təntənəsini yaşayır, Azərbaycan torpağı bütövləşir, yüksək bərpa və quruculuq işləri ilə gülüstana çevrilir. 

Tədbirdə çıxış edən universitet tələbələri “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir!” deyən Ölkə Prezidentinin müdrik siyasəti ətrafında sıx birləşdiklərini bildiriblər.

Mövzuya həsr olunmuş “Əzm və İradənin Dəmir Yumruq birliyi” adlı sərgi nümayiş olunub.

Həmçinin, Mərkəzi kitabxananın Uşaq şöbəsi oxu zalında “Biz birlikdə güclüyük” adlı sərgi nümayiş etdirib.