Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində Müstəqilliyimizin Bərpası günü münasibətilə dəyirmi masa keçirilib

18.10.2023

17 oktyabr 2023-cü il tarixində Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi və Şəmkir rayon MKS-nin təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyimizin Bərpası günü münasibətilə dəyirmi masa keçirilib. 

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, indiki Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan ADR-in varisidir.Ona görədə 18 oktyabr 1991-ci ildə həmin müstəqilliyimiz yenidən bərpa olunmuşdur.İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.Müstəqilliyin talehini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır və inkişaf etdirilir.