17.10.2023
Gədəbəy rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədi ilə Füzuli şəhəri günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin və MKS-nin əməkdaşları iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə mövzu ilə bağlı çıxış edənlər qeyd ediblər ki, Erməni işğalçılarının təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük II Qarabağ- Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz illik Füzuli həsrəti nəhayət ki, bitdi. Oktyabrın 17-də Azərbaycanın nəzarətinə keçən Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağı qaldırıldı.