17.10.2023
Şəmkir rayon MKS-nin Uşaq şöbəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədi ilə 17 Oktyabr- Füzuli Şəhəri Günü münasibətilə 17.10.2023 - cü il tarixində “17 Oktyabr- Füzuli şəhəri günü ” başlığı altında açıq səmada sərgi tərtib edib.Kitabxananın əməkdaşı Leyla Məhəmmədli sərgi haqqında məlumat verərək bildirib ki, bu gün ilk dəfə Azərbaycanda Füzuli şəhəri günü qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli şəhəri günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu.