18.10.2023
18 oktyabr 2023-cü il tarixində Ağstafa rayon MKS-də "Müstəqilliyimiz əbədidir" başlığı altında dəyirmi masa təşkil edilib. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları və fəal oxucular iştirak edib.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva açaraq bildirdi ki, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Artıq 2 ildir ki, biz bu günü bu başlıq altında qeyd edirik.
Sonda kitabxana əməkdaşlarının təşkil etdiyi sərgiyə baxış keçirilmişdir.