Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan

18.10.2023

Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyin Bərpası Günü ilə əlaqədar "Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan" mövzusunda tədbir keçirilib. 

Tədbirdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə mövzu ilə əlaqədar çıxış edənlər qeyd ediblər ki, Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində, Azərbaycan müstəqil olaraq dünya arenasında öz sözünü və hüququnu sərbəst şəkildə ifadə edə bilir.