18.10.2023
18 oktyabr 2023-cü il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları S.Əfəndiyev adına 1 saylı orta məktəbinin şagirdlərinə 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə "Müstəqilliyimiz sarsılmazdır, əbədidir" adlı tədbir keçirdiblər.
Əvvəlcə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Muzeyin kiçik elmi işçisi Esmira Qəribova mühazirə ilə çıxış edib və onu da qeyd edib ki,
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib.Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.