18.10.2023
18 oktyabr 2023-cü il tarixində Ağstafa Tarix-Diyarşünaslıq Muzeyində 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə Ağstafa şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib. İlk öncə məktəblilərin ifasinda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ekspozisiya ilə tanışlıqdan sonra Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığından danışıldı, məktəblilərin ifasında şeirlər səsləndirilib.